“PAŞA Bank Gürcüstan” ASC-nin İdarə Heyətinə yeni sədr dəyin edilib.
FED.az xəbər verir ki, Arda Arkunun “PAŞA Bank Gürcüstan” ASC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin olunması qərara alınıb. Bu vəzifənin icrasına Arda Arkun 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdır.
Arda Arkun 1998-ci ildə ali təhsilini ABŞ-da, Hamilton Kollecdə bitirmiş və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdı. Təhsili bitirdikdən sonra 3 il ABŞ-da JP Morgan şirkətində çalışmış və ardınca bir neçə il İngiltərə və Rumıniyada biznesin inkişafı və strategiya üzrə məsləhətçi vəzifələrində işləmişdi. 2010-cu ildən etibarən Arda Azərbaycanda yerləşən müxtəlif şirkətlərdə (AİMROC LTD, B&BTV Communication, Azerfon) İdarə Heyətinin üzvü qismində çalışmışdı. 2017-ci ilin avqust ayından etibarən PAŞA Holding MMC-də müşavir qismində fəaliyyət göstərir.
Bundan öncə xəbər verdiyimiz kimi, “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin sədri Şahin Məmmədov, “PAŞA Holdinq” MMC-də Biznesə Dəstək üzrə Direktor və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsinə təyin olunacaq. Şahin Məmmədov bu vəzifənin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdır.