Azərbaycanın ən iri banklarından olan “PAŞA Bank” əmək haqqı kartı sahibləri üçün yeni kampaniyaya başlayıb.
Bankdan FED.az-a verilən məlumata görə, kampaniya çərçivəsində Azərbyacan İipoteka Fondu vəsaiti ilə rəsmiləşdirilən ipoteka kreditlərinin illik faiz dərəcəsinə 1% endirim tətbiq olunacaq. Bu kampaniya, güzəştli şərtlərlə ayrılan ipoteka kreditlərinə şamil edilmir. Kredit üzrə müraciətlər ən son olaraq 15.12.2017-ci il tarixinədək qəbul edilir.
u kampaniya şərtləri çərçivəsində kreditlərin rəsmiləşdirilməsi üzrə ən son tarix isə 29.12.2017-ci ildir. Bankdan bildirilib ki, digər bütün şərtlər eyni qalmaqla, tətbiq olunacaq dəyişiklik aşağıdakı kimidir: Kampaniya şərtlərinə görə, ipoteka krediti üzrə İllik faiz dərəcəsi 7%, ilkin ödəniş isə 20%-dir.
“PAŞA Bank” endirim kampaniyasına başlayıb
10:17
23 Okt 2017