“Nikoyl Bank” nizamnamə kapitalını 25 milyon manat və yaxud 11,36% artıraraq 245 milyon manata çatdıracaq. Bu barədə Bankdakı mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 12,5 milyon ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı üsulla “Bakı Fond Birjası”nda yerləşdiriləcək. Onları bankın mövcud səhmdarlarının, böyük ehtimalla “Topaz Investments” şirkətinin alacağı gözlənilir.