İyunun 30-u, saat 10.00-da “Nikoil Bank” ASC-nin Monte-Karlo şəhərində (Monako) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankdan verilən məlumata görə, yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi, səhmdarların ümumi yığıncağı haqqında əsasnamənin təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi, həmçinin yığıncağın gündəliyində duran digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.