“NBC Bank” ASC-nin vaxtı keçmiş kreditləri 2016-cı ilin yekununda 13,354 mln. manat təşkil edib. Bu, 2015-ci ilin yekunu ilə müqayisədə 68,7% çoxdur.
Hesabat ili ərzində “NBC Bank”ın problemli kreditlərinin ümumi kredit portfelində payı isə 6,4%-dən 9,9%-ə yüksəlib. Bu nisbət iqtisadiyyatın sahələri üzrə aşağıdakı kimi dəyişib:
№
|
İqtisadiyyatın sahələri
|
Problemli kreditlərin ümumi kredit portfelində payı |
|
2016-cı il | 2015-ci il | ||
1 | İctimai təşkilatlar, mərkəzi və bələdiyyə idarəetmə orqanları |
100,0% | 100,0% |
2 | Fiziki şəxslər | 18,8% | 12,6% |
3 | Ticarət və xidmət sahəsi | 5,6% | 1,2% |
4 | Sənaye sahəsi | 2,3% | 1,4% |
Orta hesabla | 9,9% | 6,4% |
Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bankın səhmlərinin 65,91%-i onun daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.
Report©