Mart ayının 1-də, saat 11:00-da “NBCBank” ASC-nin Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 2054 ünvanında yerləşən Mərkəzi ofisində “NBCBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan FED.az-a verilən məlumata görə, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələ daxil edilmişdir:
· “NBCBank” ASC-nin Müşahidə Şurasının üzvünün təyin edilməsi barədə.
· “NBCBank” ASC-nin Lənkəran filialının müdirinin təyin edilməsi barədə.
· “NBCBank” ASC-nin Sumqayıt filialının müdirinin təyin edilməsi barədə.
· Digər məsələlər.
Xatirladaq ki, “NBCBank”ASC-nin təsisçi şirkəti “Nurgün Qrup” MMM-dir.
“NBC Bank”da yeni təyinatlar gözlənilir
15:56
25 Yan 2017