“NBC Bank” 2017-ci ili 2,914 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2016-cı ildən 1,798 milyon manat xalis zərərlə çıxmışdı.
FED.az xəbər verir ki, ötən il “NBC Bank”ın faiz gəlirləri 13,894 milyon manat, faiz xərcləri 6,479 milyon manat, qeyri-faiz gəlirləri 3,142 milyon manat, qeyri-faiz xərcləri 6,032 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1,611 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə “NBC Bank”ın aktivləri 204,125 milyon manat olub ki, bu da illik müqayisədə 28,4% çoxdur. Bunun 154,396 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 22,8% böyüyüb, vaxtı keçmiş kreditləri isə 9,9% azalaraq 12,035 milyon manata düşüb.
Ötən il “NBC Bank”ın öhdəlikləri 38,9% artaraq 147,285 milyon manata çatıb. Bunun 73,969 milyon manatı müştərilərdən alınmış depozitlərdir. 2017-ci ildə Bankın depozit portfeli 9,4% böyüyüb.
Hesabat dövründə “NBC Bank”ın balans kapitalı 7,4% artaraq 56,839 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 64 milyon manat qalıb.
Renkinq©