“Muğanbank” ASC-nin 10 noyabr 2017-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AZ1001005466 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ümumi məbləği 10 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi tam başa çatıb.
FED.az xəbər verir ki, yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 85 milyon AZN-ə çatıb.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
“Muğanbank”ın nizamnamə kapitalı 85 milyona çatıb
15:41
21 Dek 2017