“Muğanbank” ASC-nin baş ofisində oktyabrın 31-də, saat 10:00-da “Muğanbank Çek” üzrə beşinci tirajı keçiriləcək.
“Muğanbank Çek”lər üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir. Bank tərəfindən 10 milyon manat dəyərində 200.000 ədəd “Muğanbank Çek” dövriyyəyə buraxılıb. Hər çekin nominal dəyəri 50 manatdır. “Muğanbank Çek” sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var.
“Muğanbank Çek” dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. “Muğanbank Çek” sahibləri çekləri istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.
Ətraflı məlumatı 933 Məlumat Mərkəzindən və ya www.muganbank.az saytından, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsindən əldə etmək olar.