“Muğanbank” ASC nizamnamə kapitalını 10 mln. manat və yaxud 15,38% artıraraq 75 mln. manata çatdırıb.
Məlumata görə, “Muğanbank”ın 1 dekabr 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AZ1001005466 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, ümumi məbləği 10 mln. manat təşkil edən, hər birinin nominal dəyəri 200 manat olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi tam başa çatıb.
Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Report©