“Moody’s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyada fəaliyyət göstərən törəməsi “ABB-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “B3 səviyyəsindən “B2”-dək endirib.
Agentliyin yaydığı məlumatda deyilir ki, reytinqlər üzrə proqnoz “stabil”dir.
Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) “b3”-dən “b2”-yə endirilib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) “B1” (cr) səviyyəsindən “B1” (cr) səviyyəsinə enib.
Bununla yanaşı, “Moody’s” “ABB-Moskva”nın qısamüddətli depozit reytinqini “Not Prime” səviyyəsində təsdiqləyib.
"ABB-Moskva" 2002-ci ilin yanvarında təsis olunub. 2004-cü ildən etibarən bank Rusiyanın Əmanətlərin Sığortalanması Sisteminə daxil olunub. Hazırda bankın səhmlərinin 100%-i ABB-yə məxsusdur.