“Moody's” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin uzunmüddətli xarici və yerli valyutada depozit reytinqini “Caa1” səviyyəsindən “B3” səviyyəsinə yüksəldib.
Bankın əsas kredit qiymətləndirməsi reytinqi “caa3” səviyyəsindən “caa2” səviyyəsinə, uzunmüddətli risk qiymətləndirilməsi isə “B3” səviyyəsindən “B2” səviyyəsinə yüksəldilib.
Uzunmüddətli depozit reytinqi üzrə proqnoz yüksəkdir.
Bəs, Beynəlxalq Bankın aldığı B3 reytinqi nə deməkdir? Aşağıdakı cədvəldən göründüyü kimi, Beynəlxalq Bankın vəziyyəti "çox yüksək kredit riski"ndən "yüksək kredit riskinə" qalxıb.