Azərbaycanın ən qədim bankı olan «Kapital Bank» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ayı ərzində “Kapital Bank”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəricilərlə müqayisədə 9,8% azalaraq 194,7 mln. manat, faiz xərcləri 25,2% azalaraq 62,9 mln. manat, qeyri-faiz gəliri 13,5% azalaraq 96,3 mln. manat, qeyri-faiz xərcləri 7,9% azalaraq 107 mln. manat təşkil edib.
Oktyabrın 1-nə bankın aktivləri 3 mlrd. manat olub ki, bu da ilin sonu ilə müqayisədə 3,5% çoxdur. Hesabat dövründə müştərilərə 1,2 mlrd. manat həcmində kredit verilib ki, bu da son 9 ayda 1,4% artım deməkdir.
Hesabat tarixinə “Kapital Bank”ın öhdəlikləri 5% artaraq 2,7 mlrd. manat təşkil edib.
Bununla yanaşı, bankın kapitalı ilin sonuna olan göstərici ilə müqayisədə 9,2% azalaraq 287,7 mln. manat təşkil edib.
“Kapital Bank”ın xalis mənfəəti 57 mln. manatı ötdü
15:27
2 Noy 2017