Kapital Bank” ASC-nin səhmdarlarının martın 13-də keçirilmiş növbəti ümumi yığıncağının qərarına əsasən, martın 19-dan Bankın səhmdarlarına divident ödənilməsinə başlanılacaq.
FED.az “Kapital Bank”a istinadən xəbər verir ki, səhm sahibləri divident almaq üçün Bakıda Bankın Nəsimi rayonu, Füzuli küçəsi, 69 ünvanında yerləşən baş ofisində, rayonlarda isə yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.