“Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küç., 4 ünvanında yerləşən Bravo hiper marketdə yeni 91-ci filialını istifadəyə verib. Bankdan verilən xəbərə görə, müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
“Kapital Bank” həmçinin yeni filialda Bravo marketlə birgə müştərilərə kredit aksiyası təqdim edir. Şərtlərə görə hiper marketdə məişət texnikası əldə edən müştərilər ilk 3 ay ərzində faizsiz ödəmə imkanı əldə edirlər. Bu aksiyadan bütün müştərilər faydalana bilər. Kredit 12 ay müddətə rəsmiləşdirilir.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Buzovna şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.