Kapital Bank sadiq müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib. Artıq bankın kredit müştəriləri “Birlik Klubu"na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.
Bankdan verilən məlumata görə, kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür.
Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmayacaq. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq.
“Birlik klubu”na qoşulmaq üçün Kapital Bankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Ətraflı məlumat üçün - kapitalbank.az/loans/birlik-klubu
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.