Azərbaycanın dinamik inkişafda olan “Günay Bank” ASC VISA plastik kartları ilə bağlı daha bir yenilik edib.
FED.az xəbər verir ki, artıq “Günay Bank” ASC-nin bankomat və “Cash” tipli POS-terminallarında VISA brendli kartlar qəbul olunur. Belə ki, indi "VISA Electron” və VISA kartlar vasitəsilə bankın bankomat və POS-terminallarından nağd vəsaitin alınması mümkündür.
Qeyd edək ki, hazırda “Günay Bank”ın ödəniş avadanlıqları vasitəsilə aşağıda göstərilən kartlar qəbul olunur:
1. Bankomat (ATM, nağd)
VISA, VISA Electron, Cirrus Maestro, Master Card, UnionPay
2. POS Cash (nağd)
VISA, VISA Electron, Cirrus Maestro, Master Card
3. POS Retail (ticarət obyekti, nağdsız)
VISA, VISA Electron, Cirrus Maestro, Master Card, UnionPay
“Günay Bank”dan VISA kartları ilə bağlı YENİLİK
16:59
20 Fev 2018