Azərbayanın ən dinamik inkişaf edən “Günay Bank” ASC “Novruz” adlı yeni kampaniyaya start verib.
Bankın baş ofisindən FED.az-a verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən 01 mart- 30 mart 2018-ci il tarixlərində “Günay Bank”ın istənilən filial və ya şöbəsindən “Master Card Standard” (AZN/USD/EUR) 1, 2 və ya 3 illik kartı sifariş edən hər bir müştəri üçün “Günay Sığorta” tərəfindən 14 günlük “Səfər Sığortası” hədiyyə edilir.
Səfər sığortasının müddəti 30 dekabr tarixinədək qüvvədədir. Müştərilər qeyd olunan tarixədək səfər sığortasınadan yararlana bilərlər.
Kampaniya ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər (012)565-39-81/82 nömrəsinə zəng edə və ya bankın rəsmi internet səhifəsinə (www.gunaybank.com) daxil ola bilər.
Qeyd edək ki, “Günay Bank” ASC “Master Card” beynəlxalq ödəniş sisteminin üzvüdür. Bank plastik kartların çeşidinə görə ölkənin ən qabaqcıl bankları sırasındadır.
Novruz tətillərini “Günay Bank”ın kartı ilə keçirin, səfəriniz arxayın olsun!
Kart Bizdən, Səyahət Sizdən!
“Günay Bank” “Novruz” adlı möhtəşəm kampaniyaya başladı!
11:56
3 Mart 2018