“Fitch” Beynəlxalq Reytinq Agentliyi 20 dekabr 2017-ci il tarixində Bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib. Metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.
Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra, bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən “B-” səviyyəsinə yüksəldilib.
“Fitch” Beynəlxalq Bankın reytinqlərinə yenidən baxacaq

15:36
20 Dek 2017