Azərbaycanın ən böyük onlayn ödəniş portallarından biri olan Hesab.az saytında “Expressbank”ın plastik kartları ilə ödəniş edərkən müştərilər əlavə fürsətlərdən faydalana bilərlər.
Belə ki, “Expressbank”ın “MasterCard” və ya “Maestro” kartları ilə Hesab.az-da “Azercell” və “Bakcell” balansını ən azı 5 AZN məbləğində artıran bütün müştərilər pulsuz 10 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcəklər!
Kampaniyadan faydalanmaq üçün Hesab.az portalında “Mobil” bölməsinə daxil olaraq ödəniş vasitəsi kimi Mastercard/Maestro seçmək və balansı “Expressbank”ın müvafiq kartları ilə ən azı 5 AZN məbləğində artırmaq kifayətdir.
Aksiya 21 dekabr 2016-cı il tarixinədək davam edir. Bonus dəqiqələr yüklənilən andan şəbəkədaxili zənglərdən “Bakcell” abunəçiləri 3, “Azercell” abunəçiləri isə 30 gün ərzində istifadə edə bilərlər. Kampaniyadan Hesab.az portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər faydalana bilər.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər “Maestro” kartlarını 6 AZN, “MasterCard Standart” kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə “MasterCard Gold”, 800 AZN ilkin mədaxil ilə isə “MasterCard Platinum” kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.