“Expressbank” ASC-yə məxsus “Expresspay” ödəniş terminalları fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, hazırda terminallar vasitəsilə kart hesabına vəsait mədaxil etmək mümkün deyil.
Eyni zamanda, kart hesabından köçürmələrdə də fasilə yaranıb.
Bununla bağlı, bankdan bildirilib ki, hazırda texniki profilaktika işləri aparılır və yaxın saatlarda terminalların fəaliyyəti bərpa olunacaq.