“Expressbank” ASC
Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Şöbə müdiri
Tələblər:
- Ali iqtisadi təhsil;
- Mükəmməl mühasibatlıq biliyi;
- Analoji sahədə 3 il iş təcrübəsi;
- AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Analitik düşünmə və təklif vermə bacarıqları;
- Mükəmməl Microsoft Office (Excel-yüksək səviyyədə) proqramların biliyi;
- SQL bilikləri olan namizədlərə üstünlük verilir;
- ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
- Liderlik qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Nəzarət edici orqanlara (Mərkəzi Bank, ADİF və s.) hesabatların təqdim olunmasına nəzarət;
- Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanmasına nəzarət;
- İdarəedici informasiya sistemi üzrə əsas işlərin aparılması, prosedurun yazılması və və ona uyğun fəaliyyət sxeminin qurulması;
- Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanmasına nəzarət;
- Kütləvi informasiya vasitələrinə açıqlanmaq üçün hesabatların hazırlanmasına nəzarət;
- Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi və təkliflərin verilməsi;
- Bankın ümumilikdə və ayrı-ayrı biznes sahələrinin təhlilində iştirak;
- Üzvü olduğu kredit komitələrində çıxarılan işlərin maliyyə təhlilini aparmaq.
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsi uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.