“Dəmirbank” ASC-də kadr dəyişikliyi baş verib. Belə ki, bankın departamentlərindən birinin rəhbəri işdən ayrılıb.
Məlumata görə, “Dəmirbank”ın Pərakəndə bankçılıq Departamentinin rəhbəri Nuru Xəlilov işdən ayrılıb.
Bank dairələrindən əldə olunan məlumata görə, N.Xəlilovun tezliklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Səbail” filialına müdir təyin edilməsi gözlənilir.
Xatırladaq ki, 2016-cı ilin yanvarından “Dəmirbank”da çalışan N.Xəlilov bundan öncə “Unibank” ASC-nin 10 saylı filialının müdiri olub.