2017-ci ilin birinci yarısında 94 yeni əməkdaş “DəmirBank” ailəsinə qoşulub.
İşə qəbul olunanlar sırasında İT, xəzinədarlıq, hüquq kimi müxtəlif sahələr üzrə departament direktorları, şöbə müdirləri və mütəxəssislər var.
“DəmirBank” özünün insan resursları siyasətinə əsasən müraciət edənlərə bərabər seçim imkanları yaradır, vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrı-seçkilik edilmədən nəzərdən keçirilirlər.
“DəmirBank” əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu yüksəltmək məqsədi ilə təhsil və təcrübə almalarına daim dəstək göstərir. Belə ki, Bank əməkdaşlarına mütəmadi olaraq müxtəlif tanınmış xarici və yerli təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim müəssisələrinin layihələrindən istifadə imkanlarını da gerçəkləşdirir.
“DəmirBank”ın hazırda aktiv olan vakansiyaları haqda http://demirbank.az/vakansiyalar/ saytından detallı məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, 28 illik zəngin tarixə malik “DəmirBank”ın 11 beynəlxalq investor tərəfindən məcmu kapitalının artırılması qərarı verilmişdir. Məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı bankın xarici öhdəliyinin (105 mln. dollar) I dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.