Gələn ay “Başak İnam Sığorta” şirkətinin səhmdarlarının növbəti iclası keçiriləcək.
Bu ilin noyabrın ayının 7-də "Başak İnam Sığorta" şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az-ın məlumatına görə, yığıncaqda şirkətin bu ilin yanvar-sentyabr aylarındakı maliyyə vəziyyətinin yekunları, Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur. “Başak İnam Sığorta” bu ilin əvvəlində bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata sığorta şirkətinin bağlanmasına artıq razılıq verib.
“Başak İnam Sığorta” şirkətinin səhmdarlarının iclası keçiriləcək
11:37
5 Okt 2017