Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası (NBNP) tərəfindən ABA-ya ünvanlanmış “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə rəy və təkliflərin müzakirəsi həyata keçirilib.
Fed.az-ın məlumatına görə, bundan əvvəl MBNP tərəfindən göndərilən bu qaydalara rəylər və təkliflər ABA tərəfindən müzakirə üçün toplanıb. Rəy və təkliflərin müzakirəsi “Müvəqqəti İşçi Qrup”un ilk iclasında müzakirə olunub. Müzakirə MBNP, Maliyyə Monitorinq Xidmətinin və ABA-nın “ÇPY qarşı mübarizə və Komplayens” və “Hüquqi məsələlər” üzrə Ekspert quruplarının nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrup”u tərəfindən həyata keçirilib.
Xatırladaq ki, “Müvəqqəti İşçi Qrup” məhz sözügedən yeni layihənin rəy və təkliflərinin toplanması və emalı məqsədilə yaradılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.
“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsi müzakirə edilib
14:36
11 Okt 2017