Azərbaycanda kreditləşmədə daşınar əmlakla daşınmaz əmlakın həcmi arasında 6 dəfədən çox fərq var və beynəlxalq təcrübələr göstərir ki, bu reyestr fəaliyyətə başlayandan sonra kredit portfelində ən azı 2 dəfə artım baş verir.
FED.az xəbər verir ki, bu fikirləri İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin təqdimatında bildirdi.
Eləcə də bax: Daşınar əmlakın yüklülüyü reyestri portalının adı və ünvanı açıqlandı
Onun sözlərinə görə, tədbilər planı nəticədə Azərbaycanda manatın tarazlıq qiymətinin tapılmasına da öz təsirini göstərəcək: “Əsas məsələ vəsaitin real sektora istiqamətlənməsidir.
Bu reyestr ona görə yardılmayb ki, pul lazımsız yerə verilsin. Kreditlər lazımlı sahələrə, yəni real sektora yönəldilməldir. Bankların demonizasiyalaşdırılması öz oturduğumuz budağı vurmaq deməkdir”. Banklarda böyük həcmli izafi likvidlik var və bu sistemlər (Kredit Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü Reyestri ) bu likvidliyi real sektora daşımağa imkan verəcək.
“Banklara şeytan kimi baxmaq lazım deyil”
12:27
15 Mart 2018