"Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının yeni tərkibinə Mixail Oseyevski rəhbərlik edəcək.
Bankdan verilən məlumata görə, o, "Bank VTB" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
M. Oseyevski 1960-cı ildə Leninqrad şəhərində anadan olub. "Bank VTB" ASC-də 2012-ci ildən fəaliyyət göstərir. VTB24 və VTB (Gürcüstan) Müşahidə Şuralarının tərkibinə daxildir, eləcə də "VTB (Qazaxıstan)" və "VTB (Belarus)" banklarının Direktorlar Şurasının üzvüdür.
"Bank VTB (Azərbaycan)"ın Müşahidə Şurasının sədrinin müavinləri vəzifəsinə Anna Şumeyko və Rəşad Rəsullu təyin edilib. Şuranın tərkibinə həmçinin "Bank VTB (Azərbaycan)"ın səhmdarlarının nümayəndələri daxil olub: "AtaHolding"dən Müseyib Əliyev və Qorxmaz Ağayev, eləcə də VTB-dən Sergey Tsarev və Dmitriy Popov.