“Bank VTB (Azerbaijan)” ASC ölkə hüdudları daxilində taksi xidmətlərinin göstərilməsi üzrə açıq tender elan edib.
Bankdan verilən məlumatda bildirilir ki, təkliflər noyabrın 8-nə qədər “Bank VTB (Azerbaijan)”ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 (“Messenat Plaza”) ünvanındakı baş ofisində qəbul edilir. Əlaqələndirici şəxs Elşən Mahmudovdur (tel.: (012) 492-00-80 (daxili nömrə 1233), (055) 212-03-31).
Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.
“Bank VTB (Azerbaijan)” taksi xidmətləri alır
10:40
26 Okt 2017