“Bank VTB (Azerbaijan)” ASC bank seyflərinin icarəsi və depozitlər üzrə xüsusi şərtlər təklif edən “Qayğısız tətil” adlı yeni aksiyaya başlayıb. Bankda seyflərin icarəsi zamanı müştərilər seyfin ölçüsü və icarə müddətindən asılı olaraq 80%-ə qədər endirim əldə edir.
İcarənin maksimal müddəti 12 ay təşkil edir. Bundan başqa, azı 5 000 manat və 1 il müddətinə depozit yerləşdirən müştərilər bank seyfini 3 aya qədər pulsuz icarəyə götürə bilər. Fərdi bank seyflərinin istifadəsi zamanı girovun tələb olunmaması aksiyanın daha bir üstünlüyüdür.
Aksiyanın müddəti 1 noyabr 2017-ci il tarixinə qədərdir.
Xatırladaq ki, “Bank VTB (Azərbaijan)” ASC Rusiyadakı "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları 51%-lik payla “VTB Bank” və 49%-lik payla “AtaHolding” MMC-dir. Bu gün Bank 14 filialı və Baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunur.