“Bank VTB (Azerbaijan)” ASC Azərbaycan manatının ikili devalvasiyasından sonra yaranan problemləri aradan qaldırmağa çalışır. Bu barədə Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.
Onun sözlərinə görə, Bank vaxtı keçmiş kreditləri restruktizasiya etməklə, maliyyə göstəricilərini yaxşılaşdırmağa cəhd edir: “Paralel olaraq, yeni müştərilərin cəlb edilməsi ilə bağlı da iş aparılır. Bazardakı cari vəziyyətdən asılı olaraq 2018-ci ildən Bankın mənfəətlə işləməsi gözlənilir”.