Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF), eləcə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində ləğv prosesində olan “Bank Standard” QSC-dən təminatsız verilmiş kreditlərə görə əlavə 50 mln. manatlıq girov qoyulub.
FED.az xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Bundan başqa, o, “Bank Standard”ın daşınar və daşınmaz əmlaklarının satışı ilə bağlı hərracların da şəffaf keçirildiyini qeyd edib. Lakin hüquqşünas Bankla bağlı 1 000-ə yaxın məhkəmə prosesinin getdiyi halda, elektron məhkəmə sistemində cəmi 38 məhkəmə işi barədə məlumatın olmasından narazılıq edib: “Bu barədə ADIF izahat verməlidir”.