Azərbaycanın bank sektorunda korporativ xidmətləri ilə seçilən “Bank Silk Way” 2017-ci ili 1 milyon 600 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 2,6% çoxdur.
FED.az xəbər verir ki, mənfəətdən dövlət büdcəsinə ödədiyi verginin məbləği 540 min manat təşkil edib.
Hesabata əsasən, ötən il “Bank Silk Way”in faiz gəlirləri 27 milyon 804 min manat, faiz xərcləri 11 milyon 751 min manat, qeyri-faiz gəlirləri 18 milyon 612 min manat, qeyri-faiz xərcləri isə 25 milyon 31 min manat təşkil edib.
Aktivlər üzrə mümkün zəzərlərin ödənilməsi üçün bank 7 milyon manatı ehtiyata ayırıb. Hesabat dövründə “Bank Silk Way”in əməliyyat mənfəəti 9 milyon manatdan yuxarı olub.
Qeyd edək ki, ötən il Bankın aktivləri 480,383 milyon manat olub. Bunun 408,215 milyon manatını müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 9,6% böyüyüb.
Onu da deyək ki, il ərzində “Bank Silk Way”ın balans kapitalı 124,293 milyon manata, nizamnamə kapitalı isə 104,601 milyon manata (3% artım) çatıb.
“Bank Silk Way” mənfəətdən nə qədər vergi ödədi?
15:23
30 Yan 2018