“Bank Respublika” ASC IT Departamentinin Proqram təminatı şöbəsinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• IT departamentində sistem inzibatçısı vəzifəsini icra etmək;
• Əsas və rezerv saytlarda avadanlıqların quraşdırılması;
• Qurğularda yaranmış proqram və avadanlıq nasazlıqların aradan qaldırılması.
Namizədə qarşı tələblər:
• Ali təhsil (texniki təhsil arzuolunandır);
• Server tipli proqram təminatın quraşdırılması, sazlanması və dəstəklənməsi üzrə geniş biliklər və iş təcrübəsi;
• Microsoft Windows Server, Microsoft AD, Linux ƏS-ri, VMware vSphere sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
• LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
• MS Outlook, Word, Excel üzrə yaxşı biliklər;
• Server avadanlığının təmiri və montajı;
• Passiv, aktiv şəbəkənin və server avadanlıqları ilə bağlı başqa avadanlığın montajı;
• Proqram təminatın işində va şəbəkədə nasazlıqların axtarışı və aradan qaldırılması üzrə bacarıqlar;
• Kəsintisiz enerji təchizatı və soyutma sistemləri üzrə biliklər və iş təcrübəsi;
• Azərbaycan, rus dillərini yaxşı bilməli, ingilis dili yaxşı/orta (texniki səviyyədə) bilməli;
• IT sahəsində 2 ildən artıq iş təcrübəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IT departamenti/Proqram təminatı şöbəsinə aparıcı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
“Bank Respublika” işçi axtarır - VAKANSİYA
13:39
17 Mart 2018