“Bank Respublika” ABŞ dollarının məhdudiyyətsiz satışına başlayıb.
Bankdan verilən məlumata görə, "Bank Respublika"nın bütün ofislərində fiziki və hüquqi şəxslər ABŞ dollarını istənilən məbləğdə əldə edə bilərlər. Hal-hazırda bankda ABŞ dollarının satışı 1.8720 AZN məzənnəsi ilə həyata keçirilir.
Bankdan bildirilib ki, son vaxtlarda əhalinin valyutaya olan təlabatını qarşılamaq məqsədi ilə Bank Respublika dollarin satışına qoyulan limitlərin ləğv edilməsinə qərar verilib.
Marja©