“Bank Respublika” ASC-də kadr dəyişikliyi baş verib.
Bankdan bildirilib ki, 3 yanvar 2017-ci il tarixində bankın Müşahidə Şurasının növbədənkənar iclasının qərarına əsasən İdarə Heyətinin sədri Xədicə Həsənova Bankda fəaliyyətini Müşahidə Şurasında davam etdirəcəkdir.
Müşahidə Şurasının üzvü Asəf Namazov isə Bankın İdarə Heyətinə sədr təyin olunub.
Asəf Namazov 1991-ci ildə Gəncə şəhəri Kənd Təsərrüfatı Akademiyasını bitirib. 2004-2009-cu illərdə Bank Respublikada fəaliyyətinə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində başlayıb. 2009-cu ildən Bankın Müşahidə şurasının üzvü idi.
Marja©