“Bank Respublika” ASC 2019-cu ilədək nizamnamə kapitalını 100 mln. manata çatdırmağı planlaşdırır. Bu barədə bankın əsas səhmdarı Natiq Quliyev (kapitalda 46% pay sahibidir) məlumat verib.
“Keçən ilin sentyabr ayında nizamnamə kapitalının 20 mln. manat məbləğində artırılmasına qərar verdik. Bir neçə gün öncə isə, səhmdarların ümumi yığıncağında nizamnamə kapitalının yenidən 20 mln. manat (77,5 mln. manatadək) artırılması haqqında qərar yekdilliklə qəbul edildi. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil”, - deyə o, marja.az portalına müsahibəsində bildirib.
N.Quliyevin sözlərinə görə, səhmdar kapitalının artırılmasında başlıca məqsəd bankın inkişafına dəstək verməkdir.
O əlavə edib ki, bankın uzunmüddətli inkişaf strategiyasında səhmdar kapitalının 2018-ci ilin sonunadək 100 mln. manata çatdırılması nəzərdə tutulur.
İnterfax©