“Bank of Baku" ASC-nin İdarə Heyətinə yeni müvəqqəti sədr təyin edilib. Sədr vəzifəsinin müvəqqəti icrası İdarə heyətinin üzvü Eldar Həmidova tapşırılıb.
Xatıradaq ki, bir neçə gün öncə İdarə Heyətinin sədri vəzifəsinə müvəqqəti olaraq Nahid Zeynalov təyin edimişdi.
Əldə etdiyimiz başqa bir məlumata görə, N. Zeynalov “Kapital Bank” ASC-yə transfer olunub. Onun İdarə Heyətinə təyinat alacağı gözlənilir.
Maraqlıdır ki, Abbas İbrahimov Beynəxaq Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunduqdan sonra “Bank of Baku”nun İdarə Heyətinin sədri postu vakant qalıb. İlk olaraq bu vəzifənin müvəqqəti icrası Zaur Qaraisayev həvalə olundu. Lakin qısa müddətdən sonra Z. Qaraisayev də Beynəxalq Bankın Rusiyadakı törəməsi olan “ABB-Moskva” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alıb.
Z. Qaraisayevdən sonra bu vəzifəni N. Zeynalov tutub.
“Bank of Baku"nun sədri dəyişib
10:12
4 Fev 2017