Azərbaycan bankları arasında devalvasiya nəticəsində problemli kreditlərinin səviyyəsi kəskin yüksələn banklardan biri “Bank of Baku”dur.
FED.az bankın göstəricilərinə əsasən xəbər verir ki, “Bank of Baku”nun bu il yanvarın 1-nə 143 milyon 841 min manat problemli krediti var.
Geri qayıtmayan kreditlərin düz, 105 milyonu fiziki şəxslərə aiddir və yəqin ki, bunlar istehlak kreditləridir. Çünki pərakəndə bank bazarının sabiq liderlərindən olan “Bank of Baku”nun istehlak krediti şərtləri çox sadə idi və demək olar ki, bank kimə gəldi kredit verirdi. 36 milyon 240 min manatlıq problemli kredit isə ticarət və xidmət sektorunu əhatə edir və gözləndiyi kimi vaxtilə bu sektordan yüksək kredit gəlirləri əldə edən banklar devalvasiyadan sonra problemlərlə üzləşdi.
Kənd təsərrüfatı sektoru üzrə geri qayıtmayan kreditlərin həcmi 2 milyon 519 min manat, sənaye sahələri üzrə 66 min manat təşkil edir.
Problemli kreditlərin 88 milyonu Bakı, 8 milyonu Lənkəran, 7 milyonu Gəncə şəhərinin payına düşür.
“Bank of Baku”nun qayıtmayan kreditləri kimlərdədir?
10:07
15 Fev 2018