“Bank of Baku” ASC-nin İdarə Heyətinin sədr müavini, informasiya texnologiyaları və əməliyyat sahəsinin rəhbəri Nahid Zeynalov bankın sədri vəzifəsinə müvəqqəti icraçı təyin olunub.
Bankın saytında verilən məlumata görə, N.Zeynalov yeni vəzifəsində Zaur Qaraisayevi əvəzləyib. Z.Qaraisayev bir qədər əvvəl Beynəlxalq Bankın törəmə şirkəti “ABB-Moskva” bankının Müşahidə Şurasının sədri təyin olunub.