“Bank of Baku” ASC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
Ötən il "Bank of Baku"nun cəmi gəlirləri 57 milyon 380 min manat, o cümlədən faiz gəlirləri 55 milyon 912 min manat, qeyri-faiz gəlirləri 1 milyon 468 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 89 min manat əməliyyat mənfəəti qalıb. Bank, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41 milyon 517 min manat ayırdığından ötən ili 35 milyon 428 min manat zərər ilə başa vurub.
2016-cı ildə “Bank of Baku”nun cəmi gəlirləri 165 milyon 308 min manat, o cümlədən faiz gəlirləri 100 milyon 626 min manat, qeyri-faiz gəlirləri 64 milyon 682 min manat təşkil etmişdi. Bank ötən il mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 117 milyon 659 min manat ayırmış, həmin ili 15 milyon 330 min manat zərər ilə başa vurmuşdu.
“Bank of Baku” 31 Dekabr 2017-ci il tarixində 399 milyon 860 min manat cəmi aktivlərə, 363 milyon 272 min manat cəmi öhdəliklərə və 36 milyon 587 min manat cəmi balans kapitalına malik olub.
“Bank of Baku” 31 Dekabr 2016-cı il tarixind 549 milyon 609 min manat cəmi aktivlərə, 476 milyon 741 min manat cəmi öhdəliklərə və 72 milyon 867 min manat cəmi balans kapiytalına malik idi.