“Bank of Baku” ASC “Zolotaya Korona” beynəlxalq təcili pul köçürmələri sistemi ilə əməkdaşlığı bərpa edib.
FED.az bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, müştərilər dünyada 50 000-dən çox məntəqəsi olan “Zolotaya Korona” vasitəsilə, MDB ölkələrinə və Türkiyəyə qısamüddətdə vəsait göndərə bilərlər. Maksimal limit 20 000 ABŞ dolları və yaxud ekvivalentidir. Azərbaycan manatı ilə bütün istiqamətlərə aparılan köçürmələrə görə komissiya 0%-dir.
Beləliklə, hazırda "Bank of Baku"nun müştəriləri “Monex”, “Contact”, “Western Union”, “Lider” və “Zolotaya Korona” təcili pul köçürmə sistemlərindən istifadə edə bilərlər.