“Bank BTB” ASC daha operativ və rahat xidmət göstərmək məqsədilə “Inşaatçılar” şöbəsini müştərilərin istifadəsinə təqdim edir.
Bankdan verilən məlumata görə, şöbə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 7b/3 ünvanında yerləşib.
“Inşaatçılar” şöbəsində müştərilər geniş çeşidli bank məhsulları, sərfəli şərtlərlə depozit yerləşdirmək imkanı, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri, hesablaşma-kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcəklər.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.