31 dekabr 2016-ci il tarixinə “Bank BTB” ASC-nin bankın aktivləri 241,508 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,43% çoxdur. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə 18% artım olub.
Kredit portfeli 32,4% artaraq 143,990 mln. manat təşkil edib. “Bank BTB” kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 288 min manat təşkil edib. Bankın məcmu kapitalı kapital normalarına tam uyğun olaraq 53,408 mln. manatdır.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.