Bank BTB 23 Avqust AR Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı münasibəti ilə Avqust ayının 23-dən 1 ay müddətinə AR Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün əməkdaşlarına güzəştli “Nağd pul krediti “ kampaniyası elan edir.
Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3000 AZN -dək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək veriləçəkdir. Kreditin maksimal məbləği 5000 AZN-dir.
Kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı hesabından 6 aylıq çıxarış tələb olunur. Güzəştli və zaminsiz “Nağd pul” kreditini Bank BTB-nın Baş Ofisindən və bütün filiallarında əldə etmək olar.
Bank BTB - nin kampaniyaları, məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.