Vergilər Nazirliyi “BTB Kapital İnvestisiya Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.
FED.az Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Bank BTB” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 350 min manat, qanuni təmsilçisi isə Ruslan Nazim oğlu Cəfərovdur. Söhbət “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktorundan gedir.