“Bank Avrasiya” ili ən yüksək mənfəətlə başa vuran banklardan biri oldu. FED.az bankın 1 yanvar 2018-ci il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 12 milyon 623 min manat olub. Bank verdiyi kreditlərdən 9 milyon 9 milyon 447 min manatlıq faiz gəliri görürüb. Qeyri-fiz gəlirləri isə 3 milyon 314 min manat olub. Bunun 2 milyon 267 min manatı valyuta mübadiləsindən əldə olunan xalis gəlirlərdir. 2018-ci il yanvarın 1-nə bankın xalis əməliyyat məhfəəti 8 milyon 530 min manat təşkil edib. Bank əldə etdiyi mənfəətdən 1 milıyon 674 min manat vergi ödəyib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə ayırmalar 507 min manat olub. “Bank Avrasiya” bütün xərclərdən sonra 6 milyon 351 min manat xalis mənfəət əldə edib.
“Bank Avrasiya” hesabat dövrünün əvvəli ilə nisbətdə sonunda 5% artaraq 151,223 mln. manat təşkil edib. Burada da 85,324 mln. manatı müştərilərə verilən kreditlərdir.
Hesabatı analiz etdikdə müəyyən olunur ki, bu bankda müştərilərin cari hesabları həcmi artıb. Belə ki, hesabat dövrünün əvvəlində bu rəqəm 15,239 mln. manat təşkil etdiyi halda, sonu artaraq 19,350 mln. manat təşkil edib. Hazırda bankın cəmi öhdəlikləri 92,311 mln. manat təşkil edir ki, bununda 30 mln. manatı müştərilərdən cəlb olunmuş əmanətlərdir.
Hazırda bankın cəmi kaptalı 52,577 mln. manat həcmindədir. Bunun 50 mln manatı nizamnamə kapitalı digəri isə yığılmış mənfəətdir.