Bank VTB (Azərbaycan) “Bakı-Moskva” kartının imkanlarını genişləndirib və indi bu xidməti müştərilər üçün daha çevik və sərfəli şərtlərlə təqdim edir.
Şərtlərin yenilənməsi nəticəsində kart, sahibinə əlavə qazanc gətirə bilər, kartı müxtəlif valyutada açmaq mümkündür, Cash Back funksiyasının qüvvədə olması üçün isə heç bir coğrafi məhdudiyyət qoyulmur.
Belə ki, bundan sonra “Bakı-Moskva” kartı üzrə hesabdakı qalıq məbləğinə əlavə gəlir hesablanacaq. Kartın valyutasından asılı olaraq, gəlir üzrə faiz dərəcəsi illik 0,5%-dən 4,5%-dək dəyişə bilər.
Yeni şərtlərə əsasən, sözügedən kartı artıq manat, rubl, dollar və ya avroda açmaq olar.
Daha bir dəyişiklik Cash Back funksiyasına aiddir: indi nəinki Rusiyada, həm də dünyanın istənilən ölkəsində nağdsız əməliyyatlar üzrə xərclənən məbləğin 0,5%-i kart hesabına geri qayıdacaq.
“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan, 24 və 36 ay müddəti olan debet kartıdır.