"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinə yeni təyinat olub. İslam Musayev Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Bankın mətbuat xidmətindən verilən xəbərə görə, İ.Musayev bundan öncə, 2005-ci ildən Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.