Dövlət bankı Azər Türk Bank 13 sentyabr tarixindən etibarən yeni marketinq konsepsiyasının tətbiqinə start verir. Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank bu yeni, “Gül kimi” adlanan konsepsiyasında nəzərdə tutulmuş yeniliklərlə müştərilərini mütəmadi olaraq sevindirəcəkdir.
Bu sıradan olan ilk yenilik Bankın kart müştərisi olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, indi banka MasterCard Standard kredit kartı əldə etmək üçün müraciət edənlərə Bank həmin kartın qiymətinə xüsusi imkan və üstünlüklərə malik olan MasterCard Gold təqdim edəcəkdir. Həmçinin öncədən elan olunmuş və davam edən “Bir kart alana biri də hədiyyə” kampaniyamıza qoşulanlar da bu yenilikdən faydalana biləcəklər.
“Sizinlə gələcək” kampaniyası çərçivəsində xaricdə təhsil alan tələbələr üçün isə MasterCard Standard əvəzinə xüsusi dizaynlı Mastercard Debit kartları nəzərdə tutulmuşdur.
Növbəti “Gül kimi” yeniliklərimizdən xəbərdar olmaq üçün gözünüz bizdə olsun.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.